Saytımızı qiymətləndirin


 
 

“Azərbaycan Dəmir Yolları”nın sədrinə yeni müavin təyin edilib
Tarix: 22-05-2025 | Saat: 13:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Azərbaycan Dəmir Yolları”nın sədrinə yeni müavin təyin edilib

Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müavini vəzifəsinə təyin edilib.

Bu barədə Qarabaginfo.az-a ADY-dən bildirilib.

Nicat Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.

2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.

ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub.



Xəbəri paylaş

73 dəfə oxunub.

Digər xəbərlər