Ana Sayfa > Karusel / Siyasət > “Azərbaycan Dəmir Yolları”nın sədrinə yeni müavin təyin edilib
“Azərbaycan Dəmir Yolları”nın sədrinə yeni müavin təyin edilib22-05-2025, 13:16. Yazar: Admin |
Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müavini vəzifəsinə təyin edilib. Bu barədə Qarabaginfo.az-a ADY-dən bildirilib. Nicat Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib. 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib. ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub. Geri dön |