Saytımızı qiymətləndirin


 
 

Bakı və daha 16 şəhər-rayonda hərəkət məhdudiyyəti tətbiq ediləcək
Tarix: 08-12-2020 | Saat: 15:05
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Bakı və daha 16 şəhər-rayonda hərəkət məhdudiyyəti tətbiq ediləcək

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar  saat 00:00-dək 5 şəhər və 12 rayonda hərəkət mıəhdudiyyəti tətbiq ediləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq ediləcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər.

 

Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslərin əməkdaşları, habelə bəzi könüllülər təşkilatlarının üzvləri barədə məlumatlar “icaze.e-gov.az” portalına 9 dekabr 2020-ci il saat 10:00-dan etibarən daxil edilməlidir.



Xəbəri paylaş

383 dəfə oxunub.

Digər xəbərlər