Saytımızı qiymətləndirin


 
 

General Səhlab Bağırovdan Ramiz Zeynalovun yerinə təyinatla bağlı AÇIQLAMA
Tarix: 23-07-2022 | Saat: 14:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bir sıra saytlarda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə göndəriləcəyi, onun yerinə  isə  Çevik Polis Alayının rəisi Səhlab Bağırovun təyin ediləcəyi qeyd olunub.

Məsələ ilə bağlı Manset.az-a ekskluziv açıqlamasında polis general-mayoru Səhlab Bağırov bildirib ki, yeni vəzifəyə təyin edilməyib:

“Mən bu söhbətləri 15-20 ildir eşidirəm. Amma ortada heç nə yoxdur. Öz yerim də yaxşıdır, razıyam. Bu elə məsələdir ki, rəhbərlik həll edir. Əgər rəhbərlik məsləhət bilərsə, gedib orda da işləyə bilərəm. Problem yoxdur”.



Xəbəri paylaş

1199 dəfə oxunub.

Digər xəbərlər