Tarix: 08-12-2020 | Saat: 13:42
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistan vətəndaşları dekabrın 8-i saat 17:00-dan etibarən hakimiyyətə öz narazılıqlarını çatdırmaq üçün ölkə üzrə dinc itaətsizlik aksiyasına başlaya bilər.
Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyanın istefa verməkdən imtinasına cavab olaraq “Daşnaksütyun” Partiyasının təmsilçisi İşxan Saqatelyan feysbuk vasitəsilə vətəndaşlara müraciətində bildirib.
O, hüquq-mühafizə orqanlarını Paşinyanın “qanunsuz” əmrlərini icra etməməyə çağırıb.
Saqatelyan Ermənistanın baş nazirinə müraciətində deyib: “Onsuz da istefa verəcəksən. Dağıntı olmadan get. Heç olmasa, bu dəfə xalqı, dövlət və dövlətçiliyi qoru. Sənin istefan xalqımız və dövlətimiz üçün həyati vacibdir”.
Qeyd edək ki, Livanın paytaxtı Beyurtdakı erməni kilsəsinin başçısı I Abram da Paşinyanı istefaya çağırıb.
Xatırladaq ki, Vazgen Manukyanın başçılıq etdiyi müxalifət dekabrın 5-də keçirdiyi mitinqdə Nikol Paşinyana istefa vermək üçün dekabrın 8-i saat 12:00-dək möhlət vermişdi. “Sputnik Armeniya”
Digər xəbərlər