Saytımızı qiymətləndirin


 
 

Baş konsul: "Avtobusun Qarsda aşması nəticəsində azərbaycanlılar arasında ölən və ağır yaralanan yoxdur” - YENİLƏNİB
Tarix: 25-12-2017 | Saat: 14:46
Bölmə:Karusel / Sosial | çapa göndər

 

bas konsul avtobusun qarsda asmasi neticesinde azerbaycanlilar arasinda olen ve agir yaralanan yoxdur yenilenib

"İçərisində azərbaycanlıların olduğu avtobusun Qarsda qəzaya uğraması nəticəsində ölən və ağır xəsarət alan yoxdur”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.

 

O bildirib ki, avtobus İstanbuldan İğdır istiqamətində hərəkət edib: “Hadisə nəticəsində 30-a yaxın şəxs yaralanıb. Onlardan sürücü Türkiyə, qalanları Azərbaycan vətəndaşıdır. Xəsarətlər yüngüldür, qol və qabırğa sınığı kimi xəsarətlərdir. Xəsarət alanlar Sarıqamış və Qars xəstəxanalarına yerləşdiriliblər”.

 

 

***

 

12.02

 

İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu Qarsda qəzaya düşüb.

 

APA-nın “Hürriyyət”ə istinadən verdiyi məlumata görə, hadisə bu gün Bakı vaxtı ilə saat 9:00-da Qars ərazisində, Qarayurd-Kağızman yolunda baş verib.

 

İstanbuldan Azərbaycana gələn “İğdır Turizm” şirkətinə aid 34 DY 9422 nömrə nişanlı avtobus sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.

 

Qəzada əksəriyyəti Naxçıvan Muxtar Respublikasının sakini olan 30 nəfər xəsarət alıb.

 

Xəsarət alanlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.

 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.



Xəbəri paylaş

680 dəfə oxunub.

Digər xəbərlər