Saytımızı qiymətləndirin


 
 

Mingəçevirdə taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb  - FOTO
Tarix: 04-12-2020 | Saat: 10:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mingəçevir Şəhər Polis Şöbəsinin  əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus xəstəsinin taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən olunub.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə,  şəhər sakini Loğman Səfərovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ona  ev şəraitində müalicə təyin edilib, karantin qaydaları izah olunub.  Buna baxmayaraq L.Səfərov  olunan xəbərdarlığa məhəl qoymayaraq yaşadığı evi tərk edib və özünə məxsus 02-BS-645 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə  sərnişindaşıma fəaliyyəti ilə məşğul olub. 

L.Səfərov yaşadığı ünvanı tərk etməklə və taksi fəaliyyəti ilə məşğul olmaqla karantin rejimi qaydalarını kobud şəkildə pozub, digər şəxslərin də infeksiyaya yoluxmasına şərait yaratmaqla onların sağlamlığını təhlükə altında qoyub. Polis əməkdaşları tərəfindən həmin şəxs idarə etdiyi avtomobillə şəhər ərazisində olarkən saxlanılıb, əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və o, yaşadığı ünvana geri qaytarılıb.L.Səfərov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.



Xəbəri paylaş

330 dəfə oxunub.

Digər xəbərlər