Saytımızı qiymətləndirin


 
 

“Kommunikasiyalar açılarsa..” - Azərbaycan Ermənistandan hansı məhsullar ala bilər?
Tarix: 11-11-2021 | Saat: 12:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib ki, işçi qrup İrəvan-Tbilisi-Bakı dəmir yolu xəttinin açılması üzərində çalışır.

Maraqlıdır, İrəvan-Tbilisi-Bakı dəmir yolu xətti daxil olmaqla, iki ölkə arasında sərhədlərin açılmasından sonra iqtisadi münasibətlər necə təşkil olunacaq, Azərbaycan Ermənistandan hansı məhsullar ala bilər?

 

Qİqtisadçı ekspert Natiq Cəfərli bu haqda Modern.az-danışarkən iqtisadi münasibətlər bərpa olunarsa Ermənistanın Azərbaycana daha çox ehtiyacı olduğunu söyləyib:

 

"Bu zaman ala biləcək bir məsələdir. Çünki qarşılıqlı iqtisadi münasibətlərin bərpası üçün qarşılıqlı müqavilələr lazımdır. Əsas odur ki, kommunikasiyalar açılsın, tranzit yüklərin daşınması başlanılsın. Ondan sonra Azərbaycan və Ermənistan tərəfində müəyyən əlaqələrin yaranması mümkündür. Müharibədə qalib gəlmiş ölkə olaraq artıq iqtisadi münasibətlərin, kommunikasiyaların açılması üçün sülh müqaviləsinin bağlanılmasında maraqlıyıq. İqtisadi münasibətlər bərpa olunarsa Ermənistanın bizə daha çox ehtiyacı var. Bizdən neft və neft məhsulları ala bilərlər, indiyə kimi Rusiyadan alıblar. Biz isə Ermənistandan daha çox aqrar məhsullar, spirli içkilər ala bilərik. Onların iqtisadiyatında bu tipli məhsulların istehsalında təcrübələri var. Bu sahədə əlaqələrin yaranması mümkündür".



Xəbəri paylaş

247 dəfə oxunub.

Digər xəbərlər