Tarix: 25-12-2017 | Saat: 11:34
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
"Qarabaginfo" xəbər verir ki, bu il Dövlət Imtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib.
Modern.az-ın məlumatına görə, bunu bu gün DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna qəbul imtahanlarında uğur qazanan şəxslərə sertifikatın təqdim edilməsi mərasimində çıxış edərkən deyib.
O bildirib ki, DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlara nəzarətçi kimi cəlb edilən müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda təhlil olunur.
M.Abbaszadə qeyd edib ki , araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1000 nəzarətçi müəllimə təşəkkür elan edilib, o cümlədən 15 nəzarətçi müəllimin, 5 imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub.
Bu il ərzində müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib.
Digər xəbərlər