Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İmtahanlarda qayda pozuntularına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib
Ana Sayfa > Karusel / Cəmiyyət > İmtahanlarda qayda pozuntularına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib

İmtahanlarda qayda pozuntularına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib


25-12-2017, 11:34. Yazar: Admin

"Qarabaginfo" xəbər verir ki, bu il Dövlət Imtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün DİM  Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna qəbul imtahanlarında uğur qazanan şəxslərə sertifikatın təqdim edilməsi mərasimində çıxış edərkən deyib.

 

O bildirib ki, DİM-in  keçirdiyi müxtəlif təyinatlı imtahanlara nəzarətçi kimi cəlb edilən müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda təhlil olunur.

 

M.Abbaszadə qeyd edib ki , araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1000 nəzarətçi müəllimə təşəkkür elan edilib, o cümlədən 15 nəzarətçi müəllimin, 5 imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub.

 

Bu il ərzində müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib.

 


Geri dön