Saytımızı qiymətləndirin


 
 

Məhkəmədən həbsdə olan vəkil Adəm Məmmədovla bağlı QƏRAR
Tarix: 11-04-2025 | Saat: 16:26
Bölmə:Karusel / Kriminal | çapa göndər

Abşeron Rayon Məhkəməsi fəaliyyəti dayandırılmış, hazırda həbsdə olan vəkil Adəm Məmmədov tərəfindən şər-böhtan xarakterli xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbulunu ləğv edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Demokrat.az-a vəkil Cavidan Osmanlı məlumat verib. 

Cavidan Osmanlı xatırladıb ki, vəkili olduğu Şövkət Azayevadan Abşeron Rayon Məhkəməsinə fəaliyyəti dayandırılmış, hazırda həbsdə olan vəkil Adəm Məmmədov tərəfindən şər-böhtan xarakterli xüsusi ittiham qaydasında şikayət verilmişdir:

“Bu gün çıxan məhkəmə qərarı ilə həmin şikayətin icraata qəbulundan imtina edilib və ədalət bərqarar olub. Qanunun aliliyi hər şeydən üstündür”.

Xatırladaq ki, Şövkət Azayeva daha əvvəl də Adəm Məmmədov barəsində dövlət orqanlarına oğlunun həbsdən çıxarılması adı ilə ondan pul alınması ilə bağlı şikayət edib.


Xəbəri paylaş

54 dəfə oxunub.

Digər xəbərlər