Saytımızı qiymətləndirin


 
 

Sabah Bakıda güclü külək əsəcək
Tarix: 03-04-2022 | Saat: 12:34
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

İstirahət günlərinin hava proqnozu

Aprelin 4-ə olan hava proqnozu açıqlanıb.

Qarabaginfo.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-16° isti, Bakıda gecə 11-13° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi şimal rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər