Trampın məktubunu Tehrana BƏƏ Prezidentinin müşaviri aparacaq
Tarix: 12-03-2025 | Saat: 16:51
Bölmə:Karusel / Region | çapa göndər
142 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-03-2025 | Saat: 16:51
Bölmə:Karusel / Region | çapa göndər
BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bu gün İrana səfər edəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ISNA-ya müsahibəsində bildirib.
Səfər çərçivəsində BƏƏ Prezidentinin müşaviri İranın xarici işlər naziri Abbas Araqçi ilə danışıqlar aparacaq.
Onun ABŞ Prezidenti Donald Trampın məktubunu çatdıracağı gözlənilir.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçi bu gün ərəb vasitəçinin ABŞ Prezidenti Donald Trampın məktubunu Tehrana çatdıracağını açıqlayıb. Xameneinin Trampın məktubunu qəbul edib-etməyəcəyi bəlli deyil.
Xatırladaq ki, 2019-cu ildə Xamenei Trampın ilk səlahiyyət müddətində Yaponiyanın ovaxtkı Baş naziri Sindzo Abe vasitəsilə göndərdiyi məktubu qəbul etməkdən imtina edib.
Xəbəri paylaş
Digər xəbərlər
4-11-2022, 22:02
Qaxda 17 yaşlı qız qətlə yetirilib
15-11-2021, 11:47
Mövlud Çavuşoğlunun İrana səfəri başlayıb
17-10-2024, 20:32
Bu ölkə Ukraynaya 271 milyon avro göndərəcək
8-08-2025, 16:12
Kolleclərə qəbulun nəticələri açıqlanıb
29-05-2020, 16:05
Karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin məcbur olduğu məkanlar bəlli oldu
22-11-2022, 14:54
Prezidentdən 4 milyon manatlıq SƏRƏNCAM
7-08-2025, 12:55
Putinlə Trampın görüş yeri razılaşdırılıb - Kreml
















