Saytımızı qiymətləndirin


 
 

Sabiq sədr müavininin vəzifəli qızı da işdən çıxarıldı
Tarix: 03-03-2025 | Saat: 11:42
Bölmə:Karusel / Sosial | çapa göndər

sabiq-sedr-muavininin-vezifeli-qizi-da-isden-cixarildi

“Bakı Metropoliteni” QSC-nin Marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxarılıb.

Qarabaginfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov Əmr imzalayıb. 

Xatırladaq ki, 6 il əvvəl L. Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı”, - deyə o, qalmaqallı şərhində bildirmişdi. Daha sonra isə yazdıqlarının düzgün anlaşılmadığını bildirərək üzr istəmişdi.

Qeyd edək ki, Lalə Babayeva 2015-ci ildən “Bakı Metropoliteni” QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Z. Babayev əvvəllər “Bakıelektrikşəbəkə” ASC-də çalışıb. O, “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovla birlikdə çalışıb və yaxın dostluqları ilə tanınırlar.

 

 



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər