Saytımızı qiymətləndirin


 
 

“Azərxalça”nın yeni sədri kimdir… - DOSYE
Tarix: 18-03-2021 | Saat: 23:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla
Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin yeni sədri təyin edilib.

 


Emin Məmmədov bu təyinatadək Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri vəzifəsində işləyib.


Emin Məmmədov 2012-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib.


O, həm də “Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 6 may tarixli sərəncamına əsasən, Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.


Emin Məmmədov 2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.


Emin Məmmədov 2020-ci ilin dekabrında Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.   

 
Qeyd edək ki, Emin Məmmədov Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Respublikası Rəssamlar İttifaqı sədrinin birinci müavini, Azərbaycan Respublikasının xalq rəssamı, "Şöhrət" və "Şərəf" ordenlərinin laureatı, professor Səlhab Məmmədovun oğludur.

Emin Məmmədovun qardaşı Elxan Məmmədov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibidir.

Xatırladaq ki, “Azərxalça” ASC İdarə Heyətinin bundan əvvəlki sədri Vidadi Muradov 2020-ci yanvarın 9-da həbs edilib. Ona CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

V.Muradov 2020-ci il yanvarın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə “Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsindən azad edilib. (Modern.az)



Xəbəri paylaş

1346 dəfə oxunub.

Digər xəbərlər