Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Pakistan XİN rəhbərlərinin telefon danışığı olub
Tarix: 28-02-2025 | Saat: 20:25
Bölmə:Karusel / Dünya | çapa göndər

Azərbaycan və Pakistan XİN rəhbərlərinin telefon danışığı olub - YENİLƏNİB

28 fevral 2025-ci il tarixində nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

XİN-dən  Qarabaginfo.az-a verilən xəbərə görə, nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar.

Bununla yanaşı, iki ölkə liderləri arasında yüksək səviyyəli təmaslar, habelə Pakistan Baş nazirinin ölkəmizə sonuncu səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər