Saytımızı qiymətləndirin


 
 

Bu gün yeddi planetin paradı olacaq- NADİR TƏBİƏT HADİSƏSİ
Tarix: 28-02-2025 | Saat: 13:50
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

planetlərin kiçik paradı
planetlərin kiçik paradı

Bu gün gün batdıqdan dərhal sonra siz planetlərin kiçik paradı müşahidə olunacaq. Azpost xəbər verir ki, bu barədə Moskva Planetariumu məlumat yayıb.

Yeddi planetin Günəşlə bir sıraya düzüləcəyi dəqiqləşib. 

Saturn və Merkuri batan günəşin şüaları altında gizlənəcək. Onları yalnız səma açıq və üfüq açıq olanda görmək olar. Astronomlar qeyd ediblər ki, Uran və Neptunu ancaq teleskop vasitəsilə görmək olar.

Onların fikrincə, gün batdıqdan sonra Venera parlaq şəkildə seçiləcək və onu səmanın cənub-şərq hissəsində görmək olar. Bir az şərqdə Yupiter, bir az irəlidə isə Mars olacaq.

Planetlərin paradı — Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini nəzərdə tutan astronomik hadisə. Səma cisimlərinin ekliptik uzunluq üzrə maksimal yaxınlaşması birləşmə adlanır. 10 mart 1982-ci ildə çox nadir hadisə qeydə alınmışdır.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər