Saytımızı qiymətləndirin


 
 

Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi
Tarix: 26-02-2025 | Saat: 15:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

ramiz-tahirovun-ogluna-yuksek-vezife-verildi

Azərbaycan ilk dəfə NATO-nun “Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (MARSEC COE) mərkəzinə üzv qəbul edilib. Razılaşmaya əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin Mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcək.

Qarabaginfo.az xəbər verir ki, üçüncü dərəcəli kapitan Kamran Tahirbəyli ölkəmizin Mərkəzdəki nümayəndəsi təyin edilib.

K.Tahirbəyli müdafiə nazirinin sabiq müavini - Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı general-leytenant Ramiz Tahirovun oğludur. O, həm də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşe köməkçisidir.

Kamran Tahirbəyli Vətən müharibəsi iştirakçısıdır. O, Qubadlı, Cəbrayıl və Zəngilanın azad edilməsinə görə medalları ilə təltif edilib.

Qeyd edək ki, Ramiz Tahirov ötən ilin mayında Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

 

 

 



Xəbəri paylaş

17 dəfə oxunub.

Digər xəbərlər
7-12-2020, 14:20 TƏBİB məlumat yaydı