Saytımızı qiymətləndirin


 
 

Balaxanıda Zibil zavodu 250 milyon manat zərərlə işləyib –Hesablama Palatası nəyi üzə çıxardı?
Tarix: 21-02-2025 | Saat: 15:40
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Balaxanıda Zibil zavodu 250 milyon manat zərərlə işləyib

Balaxanıda yerləşən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun xərcləri gəlirindən üç dəfə çox olub.

Qarabaginfo.az bildirir ki, bu barədə Hesablama Palatasının 2021-2023-cü illərdə “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinə dair” auditində deyilir.

Belə ki, 11 il ərzində zavodun xərci 363 milyon 271 min 700, gəliri isə 120 milyon 755 min 300 manat təşkil edib. Hesablama Palatası qeyd edib ki, xərclərin daxilolmaları dəfələrlə üstələməsi bu layihənin iqtisadi cəhətdən səmərəsiz olduğunu göstərir.

“Balaxanı Bərk məişət tullantılarının yandırılması zavodunun 2013-2023-cü illərdəki fəaliyyəti müddətində yaranan (“Təmiz Şəhər” vasitəsi ilə) 363 271,7 min manatlıq xərclərinin 120 755,3 min manatlıq daxilolmalarını 3 dəfə üstələməsi layihənin iqtisadi cəhətdən səmərəli və nəticəli olmadığını göstərib”-deyə hesabatda bildirilir.

Hesabatda deyilir ki, “Təmiz Şəhər” tərəfindən tullantıların çeşidlənməsindən alınan təkrar istifadə materiallarından idarəedicisi olan Balaxanı Sənaye Parkının 2021-ci və 2022-ci illərdə yalnız 1, 2023-cü ildə isə yalnız 3 rezidenti üzrə olmaqla ümumilikdə 2 140,9 ton təkrar istifadə materialları (PET, tullantı qida yağı, polietilen) satılıb ki, bu da təkrar istifadə materiallarının satışının ümumi miqdarına və əldə olunan ümumi vəsaitlərə nisbətdə, müvafiq olaraq 2021-ci ildə 13,9% və 20,4%, 2022-ci ildə 8,3% və 12,2%, 2023-cü ildə 8,5% və 12,7% təşkil etməklə Balaxanı Sənaye Parkının idarəedilməsinin səmərəliləşdirilməli olan tərəflərini göstərib.

Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı” çərçivəsində inşa olunub. 2006-cı ildə təməli qoyulan bu zavodun açılışı 2012-ci ilin dekabrında olub.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər