ADY ilə Ağdama səfər işğaldan azad olunmuş ərazilərə 7 günlük giriş icazəsini təmin edir
Tarix: 05-02-2026 | Saat: 15:52
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
151 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-02-2026 | Saat: 15:52
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə Ağdama səfər bileti işğaldan azad olunmuş ərazilərə 7 günlük giriş icazəsini təmin edir.
ADY-dən Qarabaginfo.az-a verilən məlumata görə, bilet rəsmiləşdirilən zaman DİN-in elektron portalından sözügedən icazə avtomatik əldə edilir.
"Doğma Qarabağın kəşfinə qatarla çıxmaq – Ağdamdan adlayıb Şuşaya, Xankəndiyə, Xocalıya, Xocavəndə, Ağdərəyə və digər azad olunmuş ərazilərə keçmək artıq daha rahatdır", - məlumatda qeyd edilir.
Məlumata görə, sərnişinlər səfər günündən bir həftə sonra, yəni növbəti şənbə günü Ağdamdan Bakıya qatarla rahat qayıda bilər.
Qeyd edək ki, biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək olar.
Xəbəri paylaş
Digər xəbərlər
11-03-2021, 11:39
Vaksinasiya ilə bağlı əhaliyə müraciət!
22-03-2021, 12:18
Sabahkı hava narahatlıq yarada bilər
7-09-2021, 19:45
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
11-09-2025, 09:04
Zelenski: Tusk Polşaya düşən PUA-ların həm Rusiya, həm də İran istehsalı olduğunu bildirib
27-05-2022, 10:36
Xəlil Rza Ulutürkün həyat yoldaşı dünyasını dəyişdi
21-05-2025, 09:59
Xəzərdə baş verə biləcək neft dağılmaları müzakirə edilib
23-08-2024, 11:08
Ötən ay yaşa görə sosial müavinət alanların sayı açıqlanıb
8-01-2026, 12:16
Amnistiya aktı indiyədək 3 846 məhkuma tətbiq olunub














