Saytımızı qiymətləndirin


 
 

Tramp Kremlə olan münasibəti alt-üst edir
Tarix: 20-02-2025 | Saat: 13:38
Bölmə:Karusel / Dünya | çapa göndər

Donald Trampın Ukrayna və onun lideri Vladimir Zelenski ilə bağlı sərt açıqlamaları Vaşinqtonun Rusiyaya qarşı uzunmüddətli siyasətindən uzaqlaşdığını göstərir və bu, dünyanın böyük geosiyasi yenidənqurulmasına gətirib çıxara bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

“Söz atışmasının arxasında ABŞ-ın Rusiyaya qarşı on illik siyasəti və Ukraynaya üç illik dəstəyindən başgicəlləndirici şəkildə uzaqlaşmasının İkinci Dünya müharibəsindən bəri mövcud olan geosiyasətin yenidən qurulmasına səbəb olacağına dair Avropada artan narahatlıq dayanır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Tramp həmişə Vladimir Putinə rəğbət bəsləyib, lakin o, indi amerikalıların həm respublikaçıların, həm də demokratların administrasiyaları dövründə Kremlə qarşı olan münasibətini alt-üst edir.

 



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər