Saytımızı qiymətləndirin


 
 

İran İslam Şurası Məclisinin sədri: Bakıda olmağımız iki xalq arasında tarixi bağları göstərir
Tarix: 19-02-2025 | Saat: 11:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

İran İslam Şurası Məclisinin sədri: Bakıda olmağımız iki xalq arasında tarixi bağları göstərir

Bu gün Bakıda olmağımız iki qonşu xalq arasında tarixi bağları göstərir.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Məhəmməd Baqir Qalibaf bildirib ki, bu gün dünya dərin və çoxölçülü dəyişikliklərdən keçməkdədir: “Dünya əhalisinin təxminən 60 %-nin yaşadığı Asiya bir çox sivilizasiyaların beşiyidir. Bu böyük qitədəxalqlarımız arasında paylaşılan dəyərlərə əsaslanaraq, hər birimiz sülhə, çoxtərəfliliyə və ədalətə dərindən sadiqik. Qlobal qarşılıqlı əlaqənin mövcud olduğu bu dövrdə dünyanın hər hansı bucağında olan problem bütün dünya üzrə siyasət və davranışlara təsir göstərir. Pandemiyalar, iqlim dəyişikliyi, müstəmləkəçilik siyasəti region dövlətlərinin sərhədlərini aşır. Qlobal birliyin keçid mərhələsində çoxtərəflilik münasibətləri sadəcə, seçim deyil. Mövcud beynəlxalq sistemin əsas ehtiyacı çoxtərəfli münasibətlərdir”.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər