Tarix: 18-02-2025 | Saat: 15:05
Bölmə:Karusel / Region | çapa göndər
Ukrayna Türkiyə, ABŞ və Avropa İttifaqından ölkənin təhlükəsizliyinə dair zəmanət istəyir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zenlenski Ankarada Ukrayna səfirliyinin yeni binasının açılışında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ukrayna sülh istəyir: “Bir ölkə olaraq sülh, müharibənin bitməsini istəyirik. Amma təbii ki, müharibənin sonunun müəyyən təhlükəsizlik zəmanətlərinə əsaslanmasını istəyirik. Biz bu təhlükəsizlik zəmanətlərinin ABŞ, Avropa İttifaqı və Türkiyə daxil olmaqla bütün Avropa tərəfindən verilməsini istəyirik".
Zelenski Türkiyənin səylərini yüksək qiymətləndirərək, nəticədə taxıl dəhlizinin yaradılmasını da diqqətə çəkib, Rusiyanın əldə olunan razılıqlara məhəl qoymadığını vurğulayıb.
"Biz heç vaxt Rusiya tərəfindən müvəqqəti olaraq işğal olunmuş ərazilərimizi Rusiyanın bir hissəsi kimi tanımayacağıq. Onlar Ukraynanın bir hissəsidir", - deyə o əlavə edib.
Digər xəbərlər