Saytımızı qiymətləndirin


 
 

Gürcü spiker Azərbaycan-Ermənistan sülh müqaviləsinin bağlanmasının vacibliyini bildirib
Tarix: 12-02-2025 | Saat: 17:09
Bölmə:Karusel / Region | çapa göndər

Gürcü spiker Azərbaycan-Ermənistan sülh müqaviləsinin bağlanmasının vacibliyini bildirib

Tbilisidə səfərdə olan Azərbaycan Milli Məclisinin komitə sədrləri Gürcüstan patlamentinin sədri Şalva Papuaşvili ilə Cənubi Qafqazda cari vəziyyət, regional sülh və sabitlik, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı da daxil olmaq bir sıra məsələləri müzakirə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Şalva Papuaşvili sosial şəbəkə hesabında paylaşımında bildirib.


“Biz əlaqələrin daha da inkişafı üçün yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd etdik. Gürcüstan və Azərbaycan hökumətlərinin suverenlik, milli maraqların və əhalinin rifahının qorunmasına yönəlmiş siyasi baxışları və prioritetləri vurğulandı. Biz Cənubi Qafqaz regionunda mövcud vəziyyəti müzakirə etdik. Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin vacibliyini vurğuladıq. Mən Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli formatda səmərəli əməkdaşlığı da qeyd etdim”,- Şalva Papuaşvili qeyd edib.
Papuaşvili Gürcüstanın ərazu bütövlüyünü dəstəklədiyinə görə Azərvaycana təşəkkür edib, Gürcüstanln da eynilə Azərvaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulayıb.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər