Tarix: 24-11-2020 | Saat: 11:23
Bölmə:Karusel / Gündəm / Sosial | çapa göndər
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) sərhədlərin təhlükəsiz açılmasını asanlaşdıracaq xüsusi tibbi səyahət kartlarının ("IATA Travel Pass") hazırlanmasını planlaşdırır.
Qarabaginfo.az-in məlumatına görə, bu barədə assosiasiyanın açıqlamasında deyilir.
Qeyd olunur ki, bir çox ölkə koronavirus testlərini sərhədləri karantin tədbirləri olmadan səyahətçilərə açaraq COVID-19-un yayılma risklərini məhdudlaşdıran bir vasitə olaraqqismində istifadə etməyə başlayıb. "IATA Travel Pass" ölkələr, hava yolları, laboratoriyalar və səyahətçilər arasında lazımi test və ya peyvənd məlumatlarının axınını idarə edəcək və yoxlayacaq.
IATA sözügedən həlli "British Airways" və "Iberia" aviaşirkətlərini birləşdirən "International Airlines Group"la birgə hazırlayır. Tibbi səyahət kartının sınaqları bu ilin sonuna, tam istifadəyə verilməsi isə 2021-ci ilin I rübündə planlaşdırılır.
Digər xəbərlər