Saytımızı qiymətləndirin


 
 

Rusiyada qeyri-leqal yaşayanların sayı açıqlandı –Miqrantlara vaxt verildi
Tarix: 02-02-2025 | Saat: 17:57
Bölmə:Karusel / Region | çapa göndər

 

Rusiyada 670 min insan qeyri-leqal yaşayır
Rusiyada 670 min insan qeyri-leqal yaşayır

Rusiyada qeyri-leqal yaşayanların sayı açıqlandı

“Rusiyada 670 min insan qeyri-leqal yaşayır. Oonların yarıdan çoxu qadın və uşaqlardır”.

Qarabaginfo.az bildirir ki, bu sözləri daxili işlər nazirinin birinci müavini Qorovoy bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin aprelin 30-dək hüquqi statuslarını tənzimləməyə vaxtı var: “Bu tarixdən sonra sistemlərimiz avtomatik olaraq qaydanı pozanları nəzarət edilən şəxslərin reyestrinə daxil etməyə başlayacaq”, – Qorovoy əlavə edib.

Xatırladaq ki, Rusiyada fevralın 5-dən etibarən daxili işlər orqanlarına ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların məhkəmə qərarı olmadan deportasiya etməyə imkan verən qanun qüvvəyə minəcək. Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Teleqram” hesabında yazıb.

Onun sözlərinə görə, həmin tarixdən miqrasiya qanunvericiliyinin pozulması səbəbindən əcnəbilərə cərimələrin tətbiqinə də başlanılacaq.

Rusiya ərazisində qeyri-qanuni yaşayan şəxslərin olduqları yer barədə polisi məlumatlandırmasının vacibliyini də vurğulayıb.

Qeyd edək ki, bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq.

Xatırladaq ki, Rusiya xeyli azərbaycanlı miqrant var.



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər