Saytımızı qiymətləndirin


 
 

Blinken 4-9 yanvar tarixində Cənubi Koreya, Yaponiya və Fransaya səfər edəcək
Tarix: 04-01-2025 | Saat: 09:25
Bölmə:Karusel / Dünya | çapa göndər

Blinken 4-9 yanvar tarixində Cənubi Koreya, Yaponiya və Fransaya səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken 4-9 yanvar tarixləri arasında Koreya Respublikası, Yaponiya və Fransaya səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Blinken Koreya Respublikasında bir sıra dövlət rəsmiləri ilə görüşəcək və bu görüşlərdə ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin azad, açıq və çiçəklənən Hind-Sakit okean regionunun təşviqi məsələlərini müzakirə edəcək.

Blinkenin Yaponiyada iki ölkə arasında müttəfiqlik münasibətlərində irəliləyişi, həmçinin bir sıra ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə etməyi planlaşdırdığı bildirilir.

Bəyanatda Fransa hökumət nümayəndələri ilə təmaslar zamanı Blinkenin Avropa, Yaxın Şərq və ondan kənarda olan hadisələri müzakirə dəcəyi bildirilir.



Xəbəri paylaş

69 dəfə oxunub.

Digər xəbərlər