Türkiyədə terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 42 nəfər saxlanılıb
Tarix: 03-01-2025 | Saat: 12:31
Bölmə:Karusel / Region | çapa göndər
110 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 03-01-2025 | Saat: 12:31
Bölmə:Karusel / Region | çapa göndər
Türkiyədə son bir həftədə 17 vilayətdə İŞİD-ə qarşı həyata keçirilən "GÜRZ-35" əməliyyatlarında 42 şübhəli yaxalanıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bildirib.
Qeyd olunub ki, əməliyyatlar Adana, Ankara, Balıkəsir, Batman, Bursa, Bitlis, Diyarbakır, Ədirnə, Qaziantep, İstanbul, Kahramanmaraş, Karabük, Kayseri, Kocaeli, Mardin, Mersin və Şanlıurfada həyata keçirilib.
Əməliyyatlar zamanı tutulan şübhəlilərin terror təşkilatının üzvü olduqları, təşkilatı maliyyələşdirdikləri və sosial media hesabları vasitəsilə təbliğat apardıqları müəyyən edilib.
Əməliyyatlar nəticəsində çoxlu sayda təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.
Xəbəri paylaş
Digər xəbərlər
11-03-2022, 20:24
Hikmət Hacıyev: “Ermənistan qərar qəbul etməlidir”
2-12-2020, 12:48
DİN Ramiz Zeynalovun işdən çıxarılması barədə məlumatı təkzib edib
23-11-2024, 08:07
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
1-03-2024, 17:15
Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək
4-12-2024, 17:39
Gürcüstanın əsas müxalifət koalisiyasının lideri həbs edilib


















