Yer 500 milyon il sonra yaşayış üçün yararsız hala düşə bilər.
Qarabaginfo.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində bildirib.
Mask bunu internet istifadəçilərindən birinin Günəşin beş milyard ildən sonra partlayacağı ilə bağlı şərhinə cavab verərkən deyib.
O, bu hadisəni Günəşin indiki genişlənmə sürəti ilə əlaqələndirib və qeyd edib ki, Mars yaşamın ömrünü uzatmaq üçün ən yaxşı şans ola bilər.