Saytımızı qiymətləndirin


 
 

Lukaşenko və Paşinyan Aİİ sammitində mübahisə edib
Tarix: 26-12-2024 | Saat: 22:11
Bölmə:Karusel / Region | çapa göndər

lukasenko-ve-pasinyan-aii-sammitinde-mubahise-edib

Ermənistanın Baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti zamanı növbəti belə görüşdə Ermənistan nümayəndə heyətinin iştirak formatı barədə mübahisə ediblər.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin 2025-ci ilin mayında Minskdə Aİİ Şurasının növbəti iclasında distant formatda iştirak edəcəyini deməsindən sonra başlayıb.

“Sizin probleminiz nədir? Minsk bu qədər uzaqdır? Sizi gətirəcək kimsə yoxdur? Lazım gələrsə, nümayəndə heyətinizin çatdırılmasını təşkil edəcəyik”, - Lukaşenko bildirib.

Paşinyan cavab verib ki, bu məsələ ilə bağlı artıq ictimaiyyətə açıqlama verib və bu bəyanat qüvvədə qalır:

“Düşünürəm ki, bu, bu məsələləri müzakirə etmək üçün düzgün format deyil”.

 



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər