Saytımızı qiymətləndirin


 
 

Rusiya MN-in yüksək rütbəli əməkdaşlarına qarşı silsilə sui-qəsdin qarşısı alınıb
Tarix: 26-12-2024 | Saat: 10:54
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya MN-in yüksək rütbəli əməkdaşlarına qarşı silsilə sui-qəsdin qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşlarına və onların ailə üzvlərinə qarşı silsilə sui-qəsdin qarşısını alıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sui-qəsd cəhdlərinin hazırlanmasını Ukrayna xüsusi xidmət orqanları həyata keçirib.

Kəşfiyyat xidmətlərinin məlumatına görə, müdafiə nazirliyinin rəhbərlərindən birini "powerbank" görüntüsü ilə maskalanmış bombadan istifadə edərək maşında partlatmaq planlaşdırılıb.

"Bunun üçün agent deportasiya olunmuş şəxs adı altında Ukraynadan tranzitlə Moldova və Gürcüstan vasitəsilə Moskvaya gəlib. Həmin şəxs saxlanılıb.

Ukrayna xüsusi xidmət orqanları sənədlərin olduğu qovluq şəklində daha bir hərbçini bomba ilə öldürməyi planlaşdırıb.

Kiyevin göstərişi ilə maskalanmış partlayıcı qurğunu gətirməli olan iki rusiyalı saxlanılıb.

Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri və onların ailə üzvlərinin yaşayış və iş yerlərində Ukrayna xüsusi xidmət orqanları üçün kəşfiyyat aparan Moskva sakini terror aktlarının hazırlanması üçün foto və videomateriallar göndərib.

Saxlanılanları ömürlük həbs gözləyir.

Rusiyaya bomba hazırlamaq üçün komponentlər Ukrayna xüsusi xidmət orqanları tərəfindən elektrik məişət texnikası, alətlər və avtomobil hissələri ilə çatdırılıb", deyə məlumatda qeyd olunub.



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər