Saytımızı qiymətləndirin


 
 

Səhiyyə Nazirliyində əməliyyat keçirilir - Saxlanılanlar var
Tarix: 23-12-2024 | Saat: 20:57
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

sehiyye-nazirliyinde-emeliyyat-kecirilir

Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.

Qarabaginfo.az Bakupost.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.

Bildirilib ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.

Qeyd edilir ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.



Xəbəri paylaş

338 dəfə oxunub.

Digər xəbərlər