"Ermənistan Azərbaycana silah satışının qarşısını almaq üçün hər cür səy göstərməlidir". 

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan parlamentində hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Andranik Köçəryan deyib.

Biz bir vaxtlar sərhəddə başqa mövqelərdə idik, amma siz başa düşməlisiniz ki, bizim olan bizimdir, bizim olmayan bizim deyil", - deyə o bildirib. 

Köçəryanın fikrincə, diqqəti Silahlı Qüvvələrdə keyfiyyət dəyişikliklərinə yönəltmək, həmçinin cəmiyyətdəki əhval-ruhiyyəni dəyişməyə çalışmaq lazımdır, çünki daxili sabitlik olmadan xarici sabitlik də olmayacaq.

"Biz də öz növbəmizdə Azərbaycana silah satılmasının qarşısını almaq üçün hər şeyi etməliyik.(UnikaI)