Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın internet məkanında bu il 2 845 dələduzluq mənbəyi aşkarlanıb
Tarix: 11-11-2020 | Saat: 10:17
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanın internet məkanında bu il 2 845 dələduzluq mənbəyi aşkarlanıb

Bu ilin yanvar-oktyabr aylarında "Kaspersky" şirkətinin mütəxəssisləri internetin Azərbaycan seqmentində dələduzlar (“scammer”) tərəfindən istifadəçilərin pullarını ələ keçirmək üçün yaradılmış 2 845 mənbə aşkar edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, "Kaspersky" həlləri azərbaycanlı istifadəçilərin bu cür saytlara təxminən 84 346 daxilolma cəhdini bloklayıb.

Dələduzluq ("scam") istifadəçilərə adətən bir sorğunu tamamladıqları və ya bir aksiyada iştirak etdikləri üçün böyük pul mükafatı vəd edən mesajlardır. Həmin mükafatı əldə etmək üçün kiçik bir "komissiya" və ya "fiks" ödənişi etmək lazımdır. Lakin istifadəçi bunun qarşılığında heç bir ödəniş əldə etmir və "komissiya" dələduzların cibinə gedir. Bundan əlavə, kart sahibi müvafiq məlumatları daxil etdikdə, ödəmə məlumatlarının təhlükəsizliyini riskə atır.

"2020-ci ildə dələduzluq ("scam" halları) dünya üzrə bütün istifadəçilər üçün daha aktual bir təhlükəyə çevrilir. Bizim ekspertlərin proqnozlarına görə, bu cür mənbələrin sayı artacaq. Hazırkı epidemioloji vəziyyət insanları daha çox internetdə vaxt keçirməyə məcbur edir və dələduzlar bundan istifadə edirlər. Onlar öz hiylələrini cari xəbərlər və tendensiyalara uyğunlaşdırıb, fırıldaq yolu ilə istifadəçiləri könüllü şəkildə pul köçürmələri həyata keçirməyə vadar edirlər. Son zamanlar skamerlər insanların lotereyalara olan marağını əsas tutaraq öz hiylələrini qururlar. Pulu almadan öncə hər hansı bir ödəniş tələb edən təkliflərdən mümkün qədər çəkinməyinizi tövsiyə edirik", - deyə "Kaspersky"nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.



Xəbəri paylaş

340 dəfə oxunub.

Digər xəbərlər