Saytımızı qiymətləndirin


 
 

Lüks brendlər Rusiyadakı mağazalarını bağlayır- İcarə müqavilələrinə xitam verilir
Tarix: 02-04-2024 | Saat: 14:31
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Rusiyada fəaliyyətini dayandıran beynəlxalq lüks brendlər kütləvi şəkildə mağazalarını bağlamağa başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Kommersant” şirkətlərin və bazar iştirakçılarının hesabatlarına istinadən yazır.

Məsələn, “Prada” Moskvada 3 mağazasının bağlayıb. Hazırda brendin Rusiyada cəmi altı satış nöqtəsi qalıb.

“Fendi” Moskvada icarəyə götürdüyü üç ayrı məkanda fəaliyyətini dayandırıb. Şirkətin Moskvada mərkəzi univermaqda icarədə olan bir mağazası qalıb, lakin bu ilin avqustun 1-də onu da ləğv etməyi planlaşdırır.

Həmçinin, “Chanel”in Rusiya nümayəndəliyi butikləri üçün bağladığı icarə müqavilələrini pozmağa başlayıb. Müharibədə əvvəl brendin Moskvada 17 mağazası var idi.

Bundan başqa, 2023-cü ildə “Swatch Group” (Breguet, Harry Winston, Omega və Rado) Moskva, Sankt-Peterburq və digər şəhərlərdəki 15 mağazasının icarə müqavilələrinə xitam verib. Şirkətin Rusiyada 13 satış nöqtəsi qalıb.

Bütün bu brendlər Aİ və ABŞ-ın Rusiyaya bir ədədi 300 dollar və 300 avrodan baha olan geyim, ayaqqabı və aksesuarların idxalına qoyulan embarqodan sonra ölkəyə mal tədarükünü dayandırıb.



Xəbəri paylaş

173 dəfə oxunub.

Digər xəbərlər