Saytımızı qiymətləndirin


 
 

Lavrovun müavini: Rusiya Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiyasının tərəfdarıdır
Tarix: 13-12-2024 | Saat: 10:54
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Mixail Qaluzin: Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda danışıqlar aparmasını alqışlayır

Moskva Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaların yerinə yetirilməsi üçün əlindən gələni edir və bundan sonra da edəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə açıqlamasında bildirib.

O, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2023-cü illərdə imzalanmış üçtərəfli razılaşmaların əhəmiyyətini vurğulayıb:

“Moskva ardıcıl olaraq Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin, sülh müqaviləsinin bağlanmasının, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarı olaraq qalır. Biz həmçinin Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiyası və demarkasiyası, eləcə də Bakı ilə İrəvan arasında əlaqələrin yeni əsasda hərtərəfli inkişafının tərəfdarıyıq. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli razılaşmalar məhz bunlara istiqamətlənib. Rusiya bu üçtərəfli sazişlərin həyata keçirilməsi üçün əlindən gələni edir və bundan sonra da edəcək”.



Xəbəri paylaş

28 dəfə oxunub.

Digər xəbərlər