Saytımızı qiymətləndirin


 
 

Makron İvanişviliyə zəng vurub, telefon danışığı 1 saat davam edib 
Tarix: 11-12-2024 | Saat: 15:48
Bölmə:Karusel / Dünya | çapa göndər

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili

 

Fransa Prezidentinin administrasiyası Emmanuel Makronla “Gürcü Arzusu”nun sədri Bidzina İvanişvili arasında telefon danışığı ilə bağlı məlumat yayıb.

Qarabaginfo.az xəbər verir ki, “Emmanuel Makron həmçinin Bidzina İvanişvilini bütün siyasi partiyalar və vətəndaş cəmiyyəti nümayəndələri ilə inklüziv dialoqa çağırıb, təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə və jurnalistlərə qarşı zorakılığını pislədiyi qeyd olunub”.

 

Makron həmçinin bütün saxlanılanları azadlığa buraxmağa, ifadə və sərbəst toplaşma azadlığına hörmət etməyə çağırıb.

 

Bundan əlavə, Emmanuel Makron Gürcüstanın Avropa yolundan çıxmasından təəssüfləndiyini bildirib.

 

“O, bir daha Gürcüstanın Avropa yolundan çıxmasından təəssüfləndiyini bildirib və Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərin indiyə qədər götürülmüş və ya götürüləcək istiqamətlərdən asılı olacağına inandığını təsdiqləyib” - bəyanatda bildirilib.



Xəbəri paylaş

22 dəfə oxunub.

Digər xəbərlər