Saytımızı qiymətləndirin


 
 

Sumqayıtda kanalizasiya sisteminin yenidən qurulması üçün 41,5 mln. dəyərində müqavilə imzalanıb
Tarix: 29-11-2024 | Saat: 14:48
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Sumqayıtda kanalizasiya sisteminin yenidən qurulması üçün 41,5 mln. dəyərində müqavilə imzalanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlanılır.

Bu barədə Qarabaginfo.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olan müqavilə imzalanıb. Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işlərinə dekabrın ilk günlərindən başlanılacaq.

İlkin olaraq, “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işləri həyata keçiriləcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb.



Xəbəri paylaş

108 dəfə oxunub.

Digər xəbərlər