Tarix: 19-11-2024 | Saat: 16:59
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukrayna Silhalı Qüvvələri noyabrın 18-dən 19-na keçən gecə Rusiyanın Bryansk vilayətinə ABŞ-ın ATACMS raket sistemləri ilə zərbələr endirib.
Qarabaginfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirilyi ümumilikdə altı raket atıldığını, onlardan beşinin vurulduğunu, birinin zədələndiyini açıqlayıb.
“Gecə yarısı Bryans vilayətində obyektlərdən birinə ballistik raketlərlə zərbələr endirilib. Dəqiqləşdirilmiş məlumata görə, hücumda ABŞ istehsalı olan ATACMS əməliyyat taktiki raketləri tətbiq olunub. Hava hücumundan müdafiə tədbirləri nəticəsində beş raket vurulub, biri zədələnib”, - deyə Ruisya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti Co Baydenin Ukraynanın Rusiya ərazilərinə ATACMS taktiki raketləri ilə zərbələr endirməsinə razılıq verdiyi barədə məlumat yayılıb.
ABŞ tərəfi belə bir razılığın verildiyini rəsmi təsdiqləməsə də, Ukrayna ATACMS taktiki raketlərini artıq tətbiq etməyə başlayıb.
Digər xəbərlər