Prezident Baydenin icazəsindən sonra Ukrayna Silahlı Qüvvələri tarixdə ilk dəfə olaraq ABŞ istehsalı olan ATACMS ballistik raketləri ilə Rusiya ərazisindəki hərbi obyektə hücum edib.
Qarabaginfo.az bildirir ki, bu barədə Censor.NET etibarlı mənbələrinə istinadən yazır.
“2024-cü il noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri müdafiə qüvvələrinin digər hissələri ilə birlikdə Rusiyanın Bryansk vilayətinin Karaçev şəhəri ərazisindəki logistika mərkəzinin 1046-cı arsenalını atəşə tutub” – deyə məlumatda qeyd edib.