Saytımızı qiymətləndirin


 
 

Spiker Latviya səfiri ilə görüşüb
Tarix: 05-11-2020 | Saat: 17:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

Noyabrın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasının ölkəmizdəki səfiri Daynis Qarançs ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən məlumata görə, sədr bildirib ki, Azərbaycan dost və tərəfdaş Latviya Respublikası ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük önəm verir.

 

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan spiker cəbhə bölgəsindəki vəziyyət barədə danışıb, erməni tərəfinin təxribatları haqqında geniş məlumat verib.


Həmçinin, COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanda və Lativiyada həyata keçirilən tədbirlərlə bağlı da fikir mübadiləsi aparılaraq, bu sahədə beynəlxalq əməkdaşlığın rolu qeyd olunub.

 

Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.



Diplomat səfir kimi iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyərək, dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının rolunu yüksək qiymətləndirib.



Söhbətdə səfir qeyd edib ki, Cənubi Qafqazın bu bölgəsində baş verən proseslər onların da diqqət mərkəzindədir. O, regional münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması barədə öz dövlətinin mövqeyini bir daha səsləndirib.



Həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın müxtəlif aspektləri, tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş

376 dəfə oxunub.

Digər xəbərlər