Saytımızı qiymətləndirin


 
 

Nazir müavini: Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Tarix: 18-11-2024 | Saat: 11:55
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Nazir müavini: Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir

Rusiya və Ukrayna arasında müharibənin davam etməsi, aparıcı mərkəzi banklar tərəfindən faiz dərəcələrinin yüksəlməsi, fiskal risklərin artması fonunda qlobal iqtisadi risklər artmaqdadır.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində iqtisadiyyat nazirinin Səməd Bəşirli deyib.

Nazir bildirib ki, qlobal iqtisadi artım proqnozunu 0, 1 faiz bəndi azaldıb: “Beynəlxalq Valyuta Fondunun əsas tövsiyəsi ondan ibarətdir ki, Mərkəzi Bank tədricən yumşaq pul siyasətinə keçməli, büdcə dayanıqlılığını artırmaq üçün fiskal konsolidasiya tədbirləri görməlidir. Azərbaycan iqtisadiyyatı son illərdə və cari ildə dayanıqlılıq nümayiş etdirir. 2024-cü ilin gözlənilən iqtisadi artım tempi nəzərə alınmaqla, ölkədə real ÜDM-in 14,4 % artması gözlənilir. Adambaşına ÜDM-in bu ilin sonunda 7200 ABŞ dolları ətrafında olacağı gözlənilir. Ölkənin maliyyə təhlükəsizliyi yastığı 73 milyard dollara çatıb. Bu da cari il üzrə gözlənilən ÜDM səviyyəsindədir. Son illərdə iqtisadiyyatın şəffaflaşması da müşahidə edilir”.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər