Saytımızı qiymətləndirin


 
 

Paşinyan bu fotonu paylaşdı, qalmaqal düşdü –"Bəs Ararat?" /FOTO
Tarix: 16-11-2024 | Saat: 12:16
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın Baş naziri Paşinyanın sosial şəbəkədə paylaşdığı foto qalmaqal yaradıb.

Qarabaginfo.az bildirir ki, Paşinyan Ermənistanın ən hündür dağ silsiləsi ilə bağlı şəkil paylaşıb və yazıb:  “Ermənistan Respublikasında ən hündür dağ. Aragats, maksimum hündürlüyü 4090 metr”.

Bundan sonra şərh yazan erməni istifadəçilər Baş naziri erməni tarixindən imtina etməkdə ittiham ediblər.

Onlar şərhlərdə Ermənistanın ən yüksək dağ silsiləsinin Ararat olduğunu iddia ediblər.

“Ararat Ermənistanın simvoludur, olub, var və olacaq. Ermənistanın ən uca dağı, insanlığın başlanğıcı….”, “Kağız üzərində simvol dəyişmək asandır,insanların şüurunu dəyişmək isə çox çətin..”, “Bəs Ararat? Sən artıq qəbul etdin ki, bizim deyil?” tipli statuslar yazılıb.

Bəzi şərhçilər isə bu yüksəkliyin Ermənistan ərazisi daxilində ən uca olmasını qeyd ediblər.

 

Xatırladaq ki, ermənilərin Ararat adlandırdığı Ağrıdağ Türkiyə dövləti ərazindədir. Rəsmi Ankara Ermənistaın bu simvoldan istifadəni dayandırmağı tələb edib. Bunu qonşu ölkəyə ərazi iddiası olduğunu qeyd edir.

Türkiyə- Ermənistan münasibətlərinin normallaşdırılması üzrə aparılan ikitərəfli danışıqlarda dövlət gerbindən bu simvoldan imtina təklifi masa üzərindədir.

 

 


Xəbəri paylaş

64 dəfə oxunub.

Digər xəbərlər