Saytımızı qiymətləndirin


 
 

ANKA Trampı, yoxsa Harrisi dəstəkləyir? - Erməni hiyləsi
Tarix: 04-11-2024 | Saat: 14:28
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ-dakı erməni diasporu prezident seçkilərində nə respublikaçı Donald Trampı, nə də demokrat Kamala Harrisi dəstəkləyəcək.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Amerika Erməni Milli Konqresinin (ANKA) yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda namizədlərdən heç birinin Amerika Erməni Konqresinin dəstəyinə layiq olmadığı qeyd edilib. Hətta erməni diasporu iddia edib ki, hər iki tərəf - həm respublikaçılar, həm də demokratlar Azərbaycanın silahlanmasına görə cavabdehlik daşıyırlar.

Əlbəttə, erməni diasporunun bu iddiaları gülüncdür. Ona görə ki, istər Respublikaçı, istərsə də Demokratlar Partiyasından olan prezidentlərlə Azərbaycanın normal münasibətləri olsa da, ABŞ heç bir vaxt Bakıya silah satmayıb. Üstəlik, əgər diaspor buna görə dəstək verməkdən imtina edirsə, onda əvvəlki prezident seçkilərində də heç kimə dəstək verməməli idi.

Məsələnin mahiyyəti isə tamam başqadır. Son sorğuya əsasən, seçkiyə bir gün qalmış Donald Tramp və Kamala Harrisin səsləri bərabərləşib və hər iki namizəd respondetlərin 49 faiz səsini alıb.

Hər zaman olduğu kimi, hiyləgərliyi ilə seçilən erməni diasporu belə bərabərlik şəraitində kimin qalib olacağını təxmin etmədiyindən, “neytral qalmağa” qərar verib.

 



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər