Saytımızı qiymətləndirin


 
 

COP29 çərçivəsində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq
Tarix: 01-11-2024 | Saat: 10:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

COP29 çərçivəsində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq

Azərbaycan Milli İncəsənət Muzeyində müasir mənzərə rəngkarlığımızın görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş “Səttar Bəhlulzadə-təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq.

Mədəniyyət Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, ölkəmizin ev sahibliyi edəcəyi mühüm beynəlxalq tədbir – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Burada doğma vətəni böyük sevgi və ehtirasla sevən dahi sənətkarın Azərbaycan təbiətinin bütöv obrazını, özünəməxsus koloritini, harmoniyasını, solmayan gözəlliyini əks etdirən 40- dan çox rəngkarlıq tabloları və eləcə də qrafik lövhələri maraqlı konsepsiya əsasında nümayiş etdiriləcək.

Qeyd edək ki, noyabr 7-də açılacaq sərgi gələn il yanvarın sonuna qədər davam edəcək.



Xəbəri paylaş

22 dəfə oxunub.

Digər xəbərlər