Saytımızı qiymətləndirin


 
 

“Vejnəlidə çıxarılan qızıllar “Frenk Müller” saatlarında istifadə olunurdu”
Tarix: 30-10-2020 | Saat: 17:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Hikmət Hacıyev: Azərbaycan torpaqları işğaldan azad edilənə qədər biz mübarizəmizi davam etdirəcəyik XEBEROXU.AZ - En son xeberler Azerbaycan xeberleri 2020 xəbərlər bugün 2020 xeber az 2020 xeberler bugun 2020 En son xeber

 

Bu gün işğaldan azad edildiyi elan olunan Zəngilan rayonunun Vejnəli kəndində ermənilər qızıl çıxarılması ilə məşğul olurmuş.

Qarabaginfo.az xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu gün Prezident İlham Əliyevin işğaldan azad edildiyini elan etdiyi Vejnəli kəndində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşir:

“Ermənistan tərəfindən üçüncü ölkələrin fiziki və hüquqi şəxsləri cəlb edilməklə Vejnəlidə qanunsuz olaraq qızıl yataqlarının istismarı aparılırdı. Bu prosesə “Geo Pro Mining”, həmçinin İsveçrə vətəndaşı olan Vartan Sirmaks adlı şəxs cəlb olunmuşdu. Vartan Sirmaks həm də dünyada brend hesab olunan “Frenk Müller” saatlarının istehsalçısıdır. Kəlbəcərdə və Vejnəlidə çıxarılan qızıllar həmin “Frenk Müller” saatlarının işləmələrində istifadə olunurdu. Bu qızıl resursları Ermənistanda saxta sənədləşmədən sonra üçüncü ölkələrə çıxarılaraq satılırdı. Vartan Sirmaks barəsində Azərbaycan Baş Prokurorluğu tərəfindən müvafiq cinayət işi başlanılıb. Təəssüf ki, Azərbaycanın sorğularına lazımi cavab verilməyib, hüquqi müstəvidə bu məsələ ilə bağlı əməkdaşlıq göstərilməyib.

Vejnəli yatağı artıq işğaldan azad olunub, Azərbaycanın digər tərəfdaşlar ilə imzaladığı müqaviləyə uyğun olaraq istismar olunaraq Azərbaycan xalqının mənafeyi naminə istifadə olunacaq”.

 



Xəbəri paylaş

385 dəfə oxunub.

Digər xəbərlər