Saytımızı qiymətləndirin


 
 

Avropa Parlamentinin qara qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur- Sahibə Qafarova
Tarix: 29-10-2024 | Saat: 11:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bildiyiniz kimi, oktyabrın 24-də Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunub. Ölkəmizə qarşı böhtanlar, yalan və saxta məlumatlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilib. Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qara qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur.

Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 29-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Biz ölkəmizə qarşı irəli sürülən əsassız, cəfəng ittihamları, təhdid və tələbləri qətiyyətlə rədd edirik. Bu cür ədalətsiz və qeyri-obyektiv səbəblərin ortaya çıxması Cənubi Qafqaz regionunda tarixi ədalətin və beynəlxalq hüququn bərpası ilə barışa bilməyən qüvvələrin bəd niyyətlərini bir daha açıq göstərir. Hesab edirəm ki, Avropa Parlamenti bu qətnaməsi ilə nəinki bölgəmizdə tarixi və müasir reallıqlara qərəzli münasibət nümayiş etdirir, həm də dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə meydan oxuyur”, – deyə Milli Məclisin sədri vurğulayıb.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər