Saytımızı qiymətləndirin


 
 

Sektor müdiri: COP29 Çağrı Mərkəzi yaradılacaq
Tarix: 25-10-2024 | Saat: 15:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

İlkin Cavadov

 

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası müddətində fəaliyyət göstərəcək xüsusi avtobusların dayanacaqlarının düzgün məkanlara istiqamətləndirilməsi, eləcə də hotellərin tapılması üçün istiqamətverici və məlumatlandırıcı işarələr yerləşdiriləcək".

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi Təcrübəsi Sektorunun müdiri İlkin Cavadov bildirib.

O deyib ki, naviqasiya həllərinin hazırlanması üzrə işlər davam etdirilir:

"Tədbirin keçiriləcəyi məkanların rahat tapılması üçün elektron xəritə istifadəyə verilib. Tutaq ki, konfrans məkanının girişindən iclasın keçriləcəyi otağı asanlıqla tapmaq mümkün olacaq. Həmçinin marşrut avtobusları üzərində müəyyən elementlərin yerləşdirilməsi nəzərdə tutulub".

O bildirib ki, noyabr ayından etibarən Bakıda COP29 mərkəzləri ilə yanaşı, 9 ədəd yeni turizm informasiya Mərkəzinin yaradılması planlaşdırılır:

"Həmin mərkəzlərin yeddisi Bakı şəhəri ərazisində, ikisi isə Heydər Əliyev adına Beynəlxalq Havalimanında fəaliyyət göstərəcək".


O, noyabr ayından etibarən COP29 ilə bağlı daha bir yeniliyin təqdim olunacağını vurğulayıb:

"Noyabr ayından etibarən "COP29 Çağrı Mərkəzi"nin yaradılması planlaşdırılır. Bu isə COP tarixində ilk dəfə baş tutacaq. Həmin mərkəz həm telefon xətti, həm də rəsmi vebsayt və canlı çat vasitəsilə fəaliyyət göstərəcək".



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır