Saytımızı qiymətləndirin


 
 

"Folklor oyunlarımızı yaşadaq"
Tarix: 21-03-2022 | Saat: 18:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Folklor oyunlarımızı yaşadaq" adlı layihənin icrasına başlayıb.

Qarabaginfo.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanda yaşayan övladlarımıza bərabər xaricdə yaşayan azərbaycanlı balalarımızından milli folklor oyunlarımızı yaddan çıxarmamasıdır.

Layihə çərçivəsində "Məktəbli oyunları" adlı kitab nəşr olunmuş və folklor uşaq oyunlarımız bir yerdə cəmlənmişdir. Bu gün 19 mart 2022-ci ildə Almaniyanın paytaxtı Berlin şəhərində fəaliyyət göstərən "Azərbaycan dili" kurslarında kitabın təqdimatı təşkil edildi.

Tədbiri Kharı Bülbül Cəmiyyətinin sədri, Almaniya Azərbaycan Alyansının sədr müavini Sevda Badaliouri açıq elan etdi. Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Mərziyyə Aslan çıxış edərək tədbirə maliyyə və texniki dəstək göstərən hər kəsə təşəkkür etdi. Bundan əlavə Almaniyada yaşayan azərbaycanlı övladlar üçün bu kitabın folklor oyunlarının təbliğində töhfə verəcəyinə ümid etdiyini bildirdi.

Tədbir azərbaycan dili kursunun tələbələrinin çıxışları ilə davam etdi. Onlar Bənövşə oyununu, Tık-tlk xanım nağlından qurduqları səhnəciyi nümayiş etdirərək şerir deyib və mahnılar oxudular.

Daha sonra bütün iştirakedildiçılarla bərabər Qarabağ mahnısı böyük coşğu ilə ifa edildi. Son olaraq iştirakçılara "Məktəbli oyunları" kitabı hədiyyə edildi.



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər