Sentyabrın 13-15-də Praqada NATO Hərbi Komitəsinin iclası keçiriləcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
İclasda NATO ölkələrinin Baş Qərargah rəisləri iştirak edəcək. Onlar 2024-cü ilin iyulunda Vaşinqton Sammitində üzv ölkələrin dövlət və hökumət başçılarının qəbul etdikləri qərarların icrasını nəzərdən keçirəcəklər.